15 Mar
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
133

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın iştirakı ilə cari mövsümə hazırlıq işləri davam edir. Sözügedən işlərə ağacların qurumuş budaqlarının budanması, ağac və kol bitkilərinin diblərinin bellənməsi, torpaq örtüyünün yumşaldılması, mineral və üzvi gübrələrin verilməsi və s. işlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının əməkdaşları Bağın inkişafı yönündə müntəzəm olaraq aqrotexniki qulluq xidmətlərini həyata keçirirlər.