13 Mar
Mərkəzi Nəbatat Bağında bitkilərin dinamik inkişafını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib
144

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın və Bağın əməkdaşlarının iştirakı ilə mövcud bitkilərin dinamik inkişafını təmin etmək məqsədilə bir sıra aqrotexniki tədbirlər həyata keçirilib. Bu tədbirlərə torpaqların yumşaldılması,ağacların diblərinin bellənməsi, qurumuş budaqlardan təmizlənməsi, mineral gübrələrin verilməsi və s. tədbirlər aiddir. 

Qeyd edək ki, sözügedən tədbirlər mövsümlə əlaqədar olaraq Mərkəzi Nəbatat Bağının bütün sahələrində həyata keçirilməsi elmi əsaslarla olub, daim diqqət mərkəzindədir.