11 Mar
Mərkəzi Nəbatat Bağında aqrotexniki qulluq tədbirləri davam edir
140

Mərkəzi Nəbatat Bağının əməkdaşları Bağın inkişafı naminə şənbə günü də iməclik tədbirlərini həyata keçiriblər. Belə ki, mövsümlə əlaqədar olaraq Bağın ərazisi iynəyarpaqlardan təmizlənib, ağacların qurumuş budaqları budanıb, bitkilərin dibləri yumşaldılıb, qurumuş enliyarpaqlar yığılaraq quyulara basdırılıb. Bitkilərin bioloji inkişafının sürətlənməsini təmin etmək məqsədilə mineral gübrələr verilib.

Qeyd edək ki, sözügedən işlər Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın iştirakı ilə həyata keçirilir.