05 Mar
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
237

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə Bağda növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi, bitki kolleksiyalarının zənginləşdirilməsi  məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilir. Bu tədbirlər planına yeni bitki növlərinin əkilməsi, ağac və kol bitkilərinin həmçinin, dekorativ bitkilərin diblərinin bellənməsi, gübrələnməsi, suvarılması və torpaq örtüyünün yumşaldılması, qurumuş yarpaqların təmizlənilməsi və s. aqrotexniki xidmətlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının landşaft dizaynının yaxşılaşdırılması və  inkişafı istiqamətində görülən tədbirlər kompleksi müntəzəm olaraq davam etdiriləcəkdir.