01 Mar
Mərkəzi Nəbatat Bağında yaz mövsümünə hazırlıq prosesi davam edir
151

Mərkəzi Nəbatat Bağında yaz mövsümünə hazırlıq və yaşıllıq sahələrinin mühafizəsi məqsədilə həyata keçirilən aqrotexniki qulluq tədbirləri uğurla  davam etdirilir. Bu aqrotexniki qulluq tədbirlərinə yeni növ bitkilərin əkini, müntəzəm olaraq, ağacların qurumuş budaqlarının budanması, suvarılması, diblərinin yumşaldılması, gübrələnməsi və s. tədbirlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.