29 Feb
Mərkəzi Nəbatat Bağında bitkilərin inkişafı istiqamətində intensiv işlər aparılır
147

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi tədbirlər planına uyğun olaraq müntəzəm həyata keçirilir. Bu tədbirlər planına yeni bitki növlərinin əkilməsi, ağac və kol bitkilərinin həmçinin, dekorativ bitkilərin diblərinin bellənməsi, gübrələnməsi, suvarılması və torpaq örtüyünün yumşaldılması və s. aqrotexniki xidmətlər daxildir.

Qeyd edək ki, sözügedən tədbirlər kompleksinin həyata keçirilməsi Mərkəzi Nəbatat Bağının florasının zənginləşməsi və  yaşıllıqların qorunub saxlanması baxımından böyük əhəmiyyət kəsb edir.