04 Jan
Mərkəzi Nəbatat Bağının əməkdaşları bayram günləri olmasına baxmayaraq könüllü aqrotexniki qulluq tədbirlərini həyata keçirirlər
210

Mərkəzi Nəbatat Bağının əməkdaşları bayram günləri olmasına baxmayaraq könüllü olaraq Bağın inkişafı naminə bütün sahələr üzrə işlərini davam etdirirlər.  Belə ki, uzun illər Bağın baxımsız qalan sahələri qurumuş budaqlardan və iynəyaqlardan təmizlənib, ağac və kol bitkilərinin dibləri boşaldılıb, üzvi və mineral gübrələr verilib. Həmçinin Bağın oranjereaysına da baxış keçirilib, mövcud bitkilərə qara torpaq və gübrələr verilib. Görülən bu işlərlə yanaşı yeni substrat hazırlanıb bitkilərə verilməsi istiqamətində də işlər davam etdirilir.
Mərkəzi Nəbatat Bağında yaradılmış daxili komissiyanın rəhbərliyi ilə bütün istiqamətlərdə görülən işlər mütəmadi olaraq, ardıcıl və yüksək keyfiyyətlə həyata keçirilir.