17 Oct
Mərkəzi Nəbatat Bağının əməkdaşları Beynəlxalq Simpoziumda iştirak etmişdir
313

Mərkəzi Nəbatat Bağının alimləri b.e.d. Həsən Babayev, b.ü.f.d. dos. Aynur Ərəbzadə, b.ü.f.d. dos. Sevinc Quliyeva, b.ü.f.d. Günay Məmmədova və Bağın elmi işçiləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunda keçirilmiş Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada Biomüxtəliflik –SEAB 2023” VI Beynəlxalq Simpoziumda iştirak etmişlər. Sevinc Quliyeva simpoziumda moderator kimi iştirak etmişdir. Aynur Ərəbzadə “Results of the introduction of apple (Malus Mill.) species in Absheron” adlı, Şəfəq Bağırova “Flowering and fruiting of some woody plant species of East Asian origin under ex situ conditions (Absheron)” adlı məruzə ilə çıxış etmişdir.

Sonda iştirakçılara və məruzəçilərə sertifikatlar təqdim olunmuşdur.