11 Oct
Mərkəzi Nəbatat Bağının alimlərinin nüfuzlu jurnalda məqaləsi nəşr olunmuşdur
169

Mərkəzi Nəbatat Bağının alimləri b.ü.f.d. dosent Aynur Ərəbzadə, b.ü.f.d. Günay Məmmədova, b.ü.f.d. dosent Ofeliya Qafarova və b.ü.f.d. dosent Sevinc Quliyevanın Rusiyanın Вестник Курнанской ГСХA jurnalında (N2 (46) 2023) "Abşerona introduksiya olunmuş alma (Malus Mill.) növlərinin məhsuldarlığı" adlı  məqaləsi nəşr olunmuşdur.
Məqalədə Abşeron şəraitinə introduksiya olunmuş 18 yabanı alma növünün məhsuldarlığı öyrənilmişdir. Alınmış nəticələrin statistik təhlili aparılmışdır. Əlamətlərin variasiya əmsalı öyrənilmiş, onlar arasında korrelyasita müəyyən olunmuşdur. Nəticələrə əsasən daha perspektivli növlər seçilərək calaqtı kimi seleksiyada istifadə olunması üçün tövsiyə olunmuşdur.
Qeyd edək ki, jurnal Beynəlxalq (AGRİS) və Rusiyanın (РИНЦ)  bazalarında indeksləşir.

Aşağıda qeyd olunan linkə daxil olaraq məqalə ilə tanış ola bilərsiniz

https://kgsu.ru/science/nauchnyy-zhurnal-vestnik-kurganskoy-ksaa/arkhiv-zhurnala/?Y=zKkN8445&VN=2