08 Sep
Bağın kolleksiyalarına daxil olan nadir və faydalı bitkilərin qorunmasına xüsusi diqqət yetirilir
271

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, torpaqların münbitliyinin artırılması, yaşıllıqların qorunması və artırılması istiqamətində görülən tədbirlər uğurla davam etdirilir. Belə ki, ağacların gövdələrinə toplanan toz və torpaq mütəmadi olaraq yuyulur, onların dibi yumşaldılır, gübrələnir, qurumuş budaqları budanır, zərərvericilərə qarşı dərmanlanır. Eyni zamanda, bitkilərdə suvarma işləri davamlı aparilir. Suvarmanın faydalı olması üçün bir sıra qaydalara əməl edilməlidir. Bunun üçün ağacın  gövdəsinin ətrafında çuxur qazılır və suvarılma zamanı su ətrafa axmadan birbaşa ağacın kökünə qədər hopur. Görülən bu tədbirlərin nəticəsində  ağaclarda canlanma və inkişaf müşahidə edilib.

Qeyd edək ki, görülən bu işlər sistemli şəkildə müntəzəm olaraq davam etdiriləcəkdir.