01 Sep
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
233

Mərkəzi Nəbatat Bağında bitki kolleksiyalarının intensiv inkişafı, yaşıllıqların qorunub saxlanması məqsədilə hər bir bitkinin xarakterinə uyğun düzgün aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq yaşıllıqların gündəlik suvarılması, onlara qulluq edilməsi, çoxillik bitkilərə  təbii gübrələrin verilməsi, Bağ ərazisinin quru ot və alaqlardan, ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif növ tullantılardan təmizlənilməsi prosesləri həyata keçirilir. Göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.