27 Jul
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
195

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bağda həyata keçirilən təmizlik işləri, yaşıllaşdırma və aqrotexniki qulluq işləri bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir.

 Eyni zamanda, Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının oranjereyasında  mövsümə uyğun olaraq bitkilərə aqrotexniki qulluq olunur. Bu tədbirlər sırasında zərərvericilərə qarşı mübarizə, alaq otlarının mexaniki və ya kimyəvi yolla çıxarılması, artıq daş- kəsəklərin təmizlənilməsi işləri qaydalara uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki,  Mərkəzi Nəbatat Bağının  inkişafı və yaşıllıqların qorunması istiqamətində  Bağın alimləri müzakirələr apariblar.