26 Jul
Mərkəzi Nəbatat Bağında iməclik tədbirləri müntəzəm olaraq davam etdirilir
106

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun tapşırığına əsasən Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti altında Bağda baş verə biləcək hər hansı yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Bağın aqrotexniki əməkdaşları dayanmadan çalışırlar. İməclik tədbirləri çərçivəsində ərazi şam ağaclarından tökülən iynəyarpaqlar və otlardan, politen tullantılarından təmizlənir, ağacların qurumuş budaqları budanır. Eyni zamanda, mövsümlə əlaqədar yağıntıların az olması səbəbindən Bağda olan bütün ağac və kol bitkiləri daim suvarılır.

Qeyd edək ki, görülən bu işlər sistemli şəkildə müntəzəm olaraq davam etdiriləcəkdir.