25 Jul
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
178

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunub saxlanılması, bitkilərin inkişafı üçün lazım olan tədbirlər müntəzəm olaraq planlı şəkildə aparılır. Bu işlər çərçivəsində gübrələmə, bitki dərmanlama, budama, formalaşdırma və qoruyucu, mövcud olan çoxillik güllər, ağac və kol bitkiləri  suvarılır, torpaq örtüyü yumşaldılır. Eyni zamanda, Bağda müntəzəm olaraq təmizlik işləri aparılır, səliqə-səhman yaradılır. 

Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsi üçün  Bağın alim və texniki heyyəti daimi olaraq çalışırlar.