24 Jul
Mərkəzi Nəbatat Bağının ikinci sahəsində təmizlik işləri həyata keçirilir
152

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər aqrotexniki əməkdaşların birgə iştirakı ilə Bağın ikinci sahəsində də həyata keçirilir. Həyata keçirilən iməclik tədbirləri çərçivəsində şam ağaclarından tökülüb qalan iynəyarpaqlardan təmizlənib, ağacların qurumuş budaqları budanıb, bitkilər suvarılıb, toplanmış palıd ağaclarının yarpaqları ərazidə qazılmış xüsusi quyuda saxlanılaraq gələcək mövsümdə təbii gübrə kimi istifadəsi nəzərdə tutulub.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunub saxlanılması işləri planlı şəkildə aparılır və bu məsələ daim diqqət mərkəzində saxlanılır.