21 Jul
Mərkəzi Nəbatat Bağında iməclik keçirilib
153

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin təşəbbüsü ilə Bağın ikinci sahəsində baş verə biləcək hər hansı yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Bağın aqrotexniki əməkdaşları iməclik tədbirləri həyata keçirilib. Bu işlər çərçivəsində aqrotexniki xidmətlər, təmizlik işləri, yaşıllıqların xəstəlik və ziyanvericilərdən qorunması, budanma eyni zamanda Bağın ikinci sahəsində şam ağaclarından tökülüb qalan iynəyarpaqlılardan və otlardan təmizlənməsi işləri görülüb.

Bildiyimiz kimi, isti havalarda və istixanalarda adi gözlə çətin görünən, əsasən yarpağın alt hissəsində yaşayan və yarpaq şirəsi ilə qidalanan xırda həşəratlar olur.  Sonra isə sürətlə çoxalaraq bitkinin bütün orqanlarına yayılır, tək-tək və koloniya halında qidalanaraq bitkini zəiflədir. Ona görə də bunlara qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə  dərmanlamadan istifadə olunur. 

Qeyd edək ki, ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Bağın ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir və aqrotexniki qulluq tədbirləri sürətlə davam etdirilir.