20 Jul
Mərkəzi Nəbatat Bağında Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının bitkilərinə baxış keçirilmişdir
98

Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının bitkilərinə baxış keçirilmişdir. Fenoloji müşahidələr zamanı qida və dərman bitkiləri kolleksiyalarına daxil olan bitki növlərinin inkişafında müsbət dəyişikliklər qeydə alınmışdır. Laboratoriya müdiri b.e.d. Həsən Babayev görülən işlər barədə məlumat vermişdir. O qeyd etmişdir ki, təcrübə sahəsində yetişdirilən bitkilər- çiyələk, nanə, yarpız, biyan və s.  öz xüsusiyyətlərinə uyğun aqrotexniki qulluq göstərilir və bunun nəticəsində onların inkişafında müsbət dinamika müşahidə olunur.