20 Jul
Mərkəzi Nəbatat Bağında bitkilərin çiçəklənməsi müşahidə olunmuşdur
115

Mərkəzi Nəbatat Bağının bitki kolleksiyalarına daxil olan müxtəlif növ bitkilərin çiçəklənməsi müşahidə edilmişdir. Həmin bitki növlərindən arı ağacı (Tetradium danielli), yalançı sabunağacı (Koelreuteria paniculata), sezalpinya (Caesalpinia L.), dazıotu (Hypericum perforatum), gülxətmi(Alcea L.), kolvari şaqqıldaq (Colutea L.), hortenziya (Hydrangea) misal göstərmək olar.  

Qeyd edək ki, bitki kolleksiyalarına daxil olan  hər bir bitki növlərinə düzgün aqrotexniki qulluq tədbirləri göstərilərək qorunub saxlanılır.