02 Jun
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
148

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bağda həyata keçirilən təmizlik işləri, yaşıllaşdırma və aqrotexniki qulluq işləri bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir. Görülən işlər çərçivəsində mövcud olan çoxillik güllər suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır. Eyni zamanda, Bağda 2021-ci ildə əkilmiş şərq çinarları və meyvə ağacları göstərilən  düzgün aqrotexniki qulluq nəticəsində dinamik inkişaf etmiş və meyvə ağacları bar vermişdir.