07 Jun
Mərkəzi Nəbatat Bağı yeni növ bitkilərlə zənginləşdirilir
404

Mərkəzi Nəbatat Bağında yay aylarının gəlişi ilə əlaqədar abadlıq işləri yüksək səviyyədə davam edir. Belə ki, sözügedən işlər çərçivəsində Bağ ərazisinə  980 sayda yeni çiçəkli bitki gətirilib və hazırda onların  xüsusi landşaft- dizaynla əkilməsi prosesi həyata keçirilir.  Bu proses Bağın baş direktoru Natiq Allahverdiyevin nəzarəti, Oduncaqlı bitkilər laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin rəyi və gənc alimlərin iştirakı  əsasında aqrotexniki qaydalar gözlənilməklə yerinə yetirilir. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı şəffaflıq, yaşıllıq, ənənəvilik və müasirlik kimi başlıca prinsipləri özündə birləşdirərək sakinlərin daimi ziyarət yeri olacaq.