Giriş biletlərinin ödənişi

        Hörmətli Ziyarətçilər!

        AMEA Mərkəzi Nəbatat Bağına giriş qiymətləri “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud  təsərrüfat məqsədləri  ilə ödənişli əsaslarla istifadə Qaydası  və  ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il 114 saylı qərarı əsasında həyata keçirilir:

 

Sıra №-si

Ödənişin növləri

Ödənişin məbləği

1.

Bağın ərazisinə daxil olmaq və turist marşrutları ilə hərəkət etmək

adambaşına 2 (iki) manat-gündəlik

ali məktəb tələbələri və əlillik dərəcəsi olan şəxslər məbləğin 25%-ni  ödəməklə

adambaşına 50 (əlli) qəpik-gündəlik

2.

Bağın ərazisində bələdçi xidmətləri göstərmək

1 (bir) gün üçün: 20 (iyirmi) manat

3.

Tədris və məşğələ (treninq) proqramlarının təşkili

adambaşına 1 (bir) manat -gündəlik

4.

Mədəni tədbirlər təşkil etmək

50 nəfərədək - 1 (bir) gün üçün 50 (əlli) manat;

50 nəfərdən çox - 1 (bir) gün üçün 100 (yüz) manat

5.

Professional video və foto çəkilişləri etmək

1 (bir) gün üçün 20 (iyirmi) manat 

 

6.

Avtonəqliyyat vasitələrini dayanacaqla təmin etmək

hər avtonəqliyyat vasitəsi üçün:

1 saat üçün - 50 (əlli) qəpik;

gündəlik - 5 (beş) manat

 

 

       Bağın ərazisinə giriş zamanı aşağıdakı şəxslər imtiyazlı hesab olunur və ödənişdən azad edilirlər:

-Xidməti vəzifələrini yerinə yetirərkən gələn dövlət və bələdiyyə orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların işçiləri (təsdiqedici sənədi təqdim etməklə);

-Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə);

-Məktəbəqədər uşaqlar, məktəblilər və onları müşahidə edən müəllimlər. 

-Bağa giriş zamanı güzəştli şərtlərdən (müəyyən olunmuş məbləğin 25 faizini ödəməklə) aşağıdakı şəxslər (müvafiq təsdiqedici sənədləri təqdim etməklə) istifadə etmək hüququna malikdirlər:

-ali məktəb tələbələri;

-əlillik dərəcəsi olan şəxslər.

 

Qeyd. Biletləri Mərkəzi Nəbatat Bağının kassasından əldə edə bilərsiniz.

İstinad alınmış qərara keçid: “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud  təsərrüfat məqsədləri  ilə ödənişli əsaslarla istifadə Qaydası  və  ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il 114 saylı qərarı