Oduncaqlı bitkilər laboratoriyası
TARİXÇƏ
1994-cü ildə “Dekorativ bağçılıq” və “Qafqaz və Orta Asiya bitkiləri” laboratoriyaları birləşdirilərək “Ağac bitkilərinin introduksiyası» laboratoriyası yaradılmışdır. 2000-ci ildə laboratoriyasının adı dəyişilərək «Ağac və kol bitkiləri» laboratoriyası adlandırılmışdır. Laboratoriyaya 2000-ci ildən 2007-ci ilədək k/t.e.n., dos. Ü.M.Ağamirov rəhbərlik etmişdir. Vaxtilə laboratoriyada AMEA-nın müxbir üzvü M.R.Qurbanov, Ü.M.Ağamirov, T.Mehdiyev, Y.Zeynalov, C.D.Mirzəliyev N.Babayev, T.Məmmədov, R.Həsənova çalışmışlar.
2021-ci ildə yenidən laboratoriyanın adı dəyişilərək “Ağac və kol bitkilərinin introduksiyası” olmuşdur. «Ağac və kol bitkilərinin introduksiyası» laboratoriyasına b.e.d., prof. E.O İsgəndər rəhbərlik edib. 2023-cü ilə laboratoriyanın adı dəyişilərək "Oduncaqlı bitkilər" olmuşdur. "Oduncaqlı bitkilər" laboratoriyasına b.ü.f.d., dos. Asif Mehralıyev rəhbərlik edir.
ELMİ İSTİQAMƏT
Laboratoriyanın elmi istiqamətini Azərbaycan və digər ölkələrin florasına aid ağac və kol bitkilərinin introduksiyası, taksonomik tərkibinin müəyyən edilməsi, botaniki-coğrafi, fitosenoloji, bioekoloji və ontogenetik xüsusiyyətlərinin tədqiqi, nadir oduncaqlı növlərin eko-bioloji xüsusiyyətlərinin in situ və ex situ şəraitlərində müqayisəli şəkildə tədqiqi, nadir bitkilərin areallarının kiçilməsinə səbəb olan amillərin aşkar edilməsi, reproduksiyası, genefondunun qorunub saxlanması üçün bir sıra tövsiyyələrin işlənib hazırlanması, istifadə perspektivliyinin müəyyən edilməsi və məlumat bankının yaradılması kimi elmi-tədqiqat işləri təşkil edir.
TƏDQİQATLAR
Azərbaycan florasına aid bəzi nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərin bioekoloji xüsusiyyətlərini, introduksiyasını, morfogenezini, reproduksiya və reintroduksiyasını in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallarının kiçilmə səbəblərni aşkar edilmiş, 189 növ ağac və kol bitkisinin ƏMBMİ-nın (İUCN) 3.1 versiyasına əsasən təhlükə kateqoriyalarını müəyyənləşdirilmiş və mühafizə edilmələri üçün təkliflər verilmişdir. Laboratoriya əməkdaşı tərəfindən ilk dəfə Abşeron şəraiti üçün ağac və kol bitkilərinin introduksiya perspektivliyinin qiymətləndirilməsi üçün şkala hazırlanmışdır. Bəzi nadir ağac və kol bitkiləri ekoloji amillərə qarşı münasibəti tədqiq olunmuş, bu bitkilərin müxtəlif ekoloji tələbata malik olduqları müəyyən edilmiş və həmin bitkilərin ekoloji xüsusiyyətlərinə uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində fərqli bitki qruplarında öz yerlərini tapdığı və bu ekoloji amillərin tədqiq olunan bu bitkilərin areallarının kiçilməsində həlledici olmadığı qənaətinə gəlinmişdir. |
Abşeron florası üçün bəzi yeni növlər (Vitis alpina ,Vitis aestivalis Trachelospermum jasminoides və s) introduksiya edilmiş, onların bioekoloji xüsusiyyətləri və istifadə perspektivliyi öyrənilmiş və həmin növlərin Abşeronun quru suptropik iqliminə perspektivli olduğu müəyyən edilmişdir
ELMİ ƏSƏRLƏR
1.E.İskender, М.Özaslan, C.Canan, Y. Zeynalov Morphogenesis of buds of the rare and disappearing plant Alnus subcordata C.A. Mey. J. “Biotechnology &Biotechnological eguipment, 2005, 77-84 https://doi.org/10.1080/13102818.2005.10817231
2.İskender E.,Zeynalov Y.,Ozaslan М.,Çakır B. ,М.Yayla F.,İncik F.N Tree and shrub species of the Huzurlu High Plateau Phytologia Balcanica Sofia vol. 11(2), 2005, s. 149-156
http://www.bio.bas.bg/~phytolbalcan/PDF/11_2/11_2_07_Iskender_%26_al.pdf
3.İskender E.,Ozuslu E.,Ozaslan M.,Zeynalov Y.The investigation of the flora of Sof Mountains (Gaziantep, Turkey). Flora Medditerranea. Italia Volum15: 179-209. 2005. http://www1.unipa.it/herbmed/flora/15-179.pdf
4..Can C.,Ozaslan M.,Sarpkaya K.,Toremen H.İskender E. In Vitro Micro-grafting of Pistachio, Pistacia vera L. var. Siirt, Onto Wild Pistachio Rootstock. On Wild Pistachio Rootstocks. The Jurnal of Cell and Molecular Biology,Тurkey, 5:25-31, 2006. http://www.doc-developpement-durable.org/
5.İskender E.,Зеynalov Y.,Ozаslan М. Incik F.N.,Yаyla F.Investigation and Introduction of Some Rare and Threatened Plants from Flora of Turkey. J.”Biotechnology &Biotechnological Eguipment , 20/2006/3,p. 60-69 https://www.tandfonline.com/doi/abs/10.1080/13102818.2006.10817381
6.İskender E.Ozuslu E. Geophytes plants of Sof Mountain (Gaziantep) Biological Diversity and Conservation BioDiCon 2/2, 2009, s. 78-84
https://www.researchgate.net/publication/237622696_
7.İskender E.,Ozuslu E.,Tel Ahmet Zafer,Ahmet İlcimTaxonomic status of two subspecies for meneng (P. terebentus subs. terebethus P. terebenthus L. subs. paleestina) according to morphological and field observations Biological Diversity and Conservation, BioDiCon 2/2, 2009, s. 100-109
https://dergipark.org.tr/tr/download/article-file/1192418
8.Mamedov T.İskender E.Novruzov V.Monitoring of Endem Rare and Endangered Trees and Shrubs in Azerbaijan International Journal of Agriculture İnnovations and Research Volume 5, İssue 3, 2016, p.291-295, https://www.ijair.org/index.php/issues?view=publication&task=show&id=822
ƏMƏKDAŞLAR
Soyadı, adı, atasının adı | Elmi dərəcə və elmi rütbəsi | Vəzifəsi | Əlaqə vasitələri |
Mehraliyev Asif Dadaş oğlu | Biologiya üzrə fəlsəfə doktoru | Laboratoriya müdiri | |