04 Oct
Mərkəzi Nəbatat Bağına təşəkkürnamə təqdim edildi
164

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2024-cü ilin “Yaşıl Dünya naminə Həmrəylik ili” çərçivəsində Mərkəzi Nəbatat Bağının kollektivi tərəfindən Bağda bitki biomüxtəlifliyinin zənginləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması, ekologiyanın qorunub saxlanması və bitkilərin mühafizəsi istiqamətində mühüm işlər görülməkdədir.

Yuxarıda qeyd olunan işlərin Bakının “ağciyərləri” hesab olunan və şəhərin mərkəzində yerləşən Mərkəzi Nəbatat Bağının nəinki mövcud bitkilərin qorunub saxlanmasında mühüm rolu hətta şəhərin ümumi ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına töhfə verdiyinə görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC nümayəndəsi Mərkəzi Nəbatat Bağının İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Natiq Allahverdiyevə təşəkkürnamə təqdim edib.

Mərkəzi Nəbatat Bağının İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərinin müvəqqəti icraçısı Natiq Allahverdiyev Bağın kollektivi adından “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC nümayəndəsinə dərin minnətdarlığını bildirib, sözügedən media qurumunun dövlətin bu sahədə apardığı siyasətinin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd edərək gələcəkdə də bu qurumla sıx əlaqələrin davam edəcəyinin əminliyini ifadə edib.