01 Oct
Mərkəzi Nəbatat Bağında sahə seminarı keçirilib
124

Mərkəzi Nəbatat Bağının "Oduncaqlı bitkilər" laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehralıyev, "Dekorativ bitkilərin introduksiyası və seleksiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova, "Bitki ekologiyası" laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, Bioloji kolleksiyalar şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova və Bağın elmi əməkdaşlarının iştirakı ilə sahə seminarı keçirilmişdir. Sahə seminarının əsas məqsədi Bağın ərazisində mövcud olan yaşıllıqların dinamik inkişafı və qorunub saxlanması təşkil edir. Asif Mehralıyev qeyd etmişdir ki, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi bitkilərin qorunmasında başlıca rol oynayır. Alimin sözlərinə görə, mövsüm ilə əlaqədar olaraq bitkilərə azot gübrəsi verilməli və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir.