17 Nov
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
361

Mərkəzi Nəbatat Bağının əməkdaşları tərəfindən görülən işlər müntəzəm olaraq davam etdirilir. 

Eyni zamanda, Mərkəzi Nəbatat Bağının bitki kolleksiyasının zənginləşdirilməsi və qorunması məqsədilə Bağın rəhbəri Natiq Allahverdiyev, Bağın alimləri b.e.d. Həsən Babayev, b.ü.f.d., dos. Asif Mehraliyevin təşəbbüsü ilə gətirilmiş olan yeni bitki növləri "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının təcrübə sahəsində əkilmişdir. Bu bitki növlərinə kəklikotu, baldırğan, süsən, saqqızotu, qantəpər, çaşır və maralçaşırı daxildir.