06 Nov
Mərkəzi Nəbatat Bağının Elmi Komissiyanın iclası keçirilmişdir
327

6 Noyabr 2023-cü ildə Mərkəzi Nəbatat Bağında Elmi Komissiyanın iclası keçirilmişdir. İclasda Bağın rəhbərliyi və Elmi komissiya üzvlərinin iştirakı ilə gündəlikdə olan məsələlər müzakirə edilmişdir. Gündəlikdə olan məsələlərə Bağa yeni çəkilmiş su sayğacının işləmə mexanizmi, mövsümi bitkilərin əkin yerlərinin və əkin qaydalarının müəyyənləşdirilməsi daxildir. Eyni zamanda Elmi komissiyanın qərarı ilə 2022-2023-cü illər üzrə hesabat bukletlərinin çap olunması tövsiyyə olunmuşdur.