26 Sep
Mərkəzi Nəbatat Bağında torf quyularının açılması prosesi həyata keçirilmişdir
271

Mərkəzi Nəbatat Bağında iki il əvvəl quyularda basdırılmış enliyarpaqlı bitkilərin yarpaqları artıq torfa çevrilmişdir. Belə ki,  26 sentyabr 2023- cü il tarxində Bağın rəhbəri Natiq Allahverdiyev və "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, "Oduncaqlı bitkilər" laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehraliyev, "Tropik və subtropik bitkilər" laboratoriyasının müdiri b.ü.f.d., dos Aynur Ərəbzadə, "Bağçılıq və landşaft quruluşu" şöbəsinin müdir müavini b.ü.f.d., dos Niyazi Quliyev və "Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi" şöbəsinin müdiri Anar Salmanovun iştirakı ilə quyuların hissə-hissə açılması prosesi həyata keçirilmişdir və alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Bu torf bitkilərin əkilib-becərilməsində istifadə olunacaq.

Alimlərin qeyd etdiyinə görə bu məhsul iqtisadi cəhətdən səmərəli olub, geniş istifadə ediləcəkdir. Bu da özlüyündə Mərkəzi Nəbatat Bağının inkişafında öz səmərəliliyini göstərəcək

Bununla yanaşı, Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının təcrübə sahəsində becərilən soğanaqlı bitkilərin saralmış hissələri təmizlənmiş, eyni zamanda soğanaqlı bitkilərin yaxşı inkişaf etməsi üçün üzvi və mineral gübrələrin verilməsinə hazırlıqlar başlanılmışdır