22 Aug
Bağın kolleksiyalarına daxil olan nadir və faydalı bitkilərin qorunmasına xüsusi diqqət yetirilir
192

Mərkəzi Nəbatat Bağında bitki kolleksiyalarının intensiv inkişafı, yaşıllıqların qorunub saxlanması məqsədilə hər bir bitkinin xarakterinə uyğun düzgün aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Belə ki, bitkilər hava şəraitinə və inkişaf mərhələsinə uyğun olaraq suvarılır, üzvi və qeyri-üzvi gübrələr verilir, daha sürətli inkişaf etməsi üçün alaq otlarından təmizlənir, torpaq örtüyü yumşaldılır, zərərvericilərə qarşı dərmanlanır.

Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir.