16 Aug
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir
203

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər davamlı olaraq aparılır. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budanması, suvarılması,alaq otlarından təmizlənməsi, diblərinin yumşaldılması, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir.

Ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi istiqamətində görülən işlər mütəmadi davam edir.