15 Aug
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
157

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi sahəsində lazımi tədbirlər görülür. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır. Eyni zamanda alaq otları ilə mübarizədə aqrotexniki, mexaniki və kimyəvi tədbirlərdən istifadə olunur ki, bunlardan aqrotexniki mübarizə tədbirləri ən səmərəli üsul hesab edilir. Torpağa tətbiq edilən bütün aqrotexniki tədbirlər düzgün riayət edildiyi üçün alaq otlarının ziyanı minimuma enir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.