14 Aug
Mərkəzi Nəbatat Bağında iməclik tədbirləri müntəzəm olaraq davam etdirilir
210

 Mərkəzi Nəbatat Bağında əməkdaşların iştirakı ilə iməclik tədbirləri davam etdirilir. İməclik zamanı ağacların dibinə yığılaraq yanğın təhlükəsi yaradan və ciddi təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və yarpaqları təmizlənib və ağacların dibləri bellənərək suvarılıb və zərərvericilərə qarşı dərmanlanıb.

Qeyd edək ki, keçirilən iməclik Mərkəzi Nəbatat Bağında təmizlik, ekoloji tarazlığın bərpası, ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlər mütəmadi olaraq davam etdiriləcək.