30 May
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
204

Mərkəzi Nəbatat Bağının yaşıllıq ərazilərində torpaqların eroziyadan qorunması, münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu  tədbirlərə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, meyvə ağaclarına və digər bitkilərə  suyunun verilməsi, ağacların diblərinin bellənməsi,  və s. tədbirlər daxildir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.