25 May
Mərkəzi Nəbatat Bağında yığıncaq keçirilib
251

Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinin yerləşdiyi ərazilər üzrə mərhələli şəkildə pasportlaşdırılması ilə əlaqədar yığıncaq keçirilib. Yığıncaqda Bağın İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini müvəqqəti icraçısı Natiq Allahverdiyev, Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos Asif Mehralıyev,  Tropik və subtropik bitkilər laboratoriyasının müdiri b.ü.f.d dos Aynur Ərəbzadə və başqaları iştirak edib. Bağın alimi  A. Ərəbzadə  yığıncağın digər iştirakçılarına pasportlaşma işlərinin gedişatı ilə bağlı məlumat verib.

Yığıncağın sonunda alimlər öz təklif və tövsiyyələrini bildiriblər.