16 May
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
284

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik, yabanı otların sahədən kənarlaşdırılması və digər aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu tədbirlərin aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır. Göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur.