12 May
Mərkəzi Nəbatat Bağında fındıq bitkisi üzərində monitorinqlər aparılmışdır
146

Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos. Aynur Ərəbzadə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları aparıcı elmi işçi b.ü.f.d., dos. İradə Nuriyeva, elmi işçi Səliqə Qazi Nəbatat Bağının kolleksiya sahələrində Adi fındıq (Corylus avellana L.) növü üzərində monitorinqlər aparmış və bəzi zərərvericilər aşkar etmişlər. Təyinat və sonrakı təcrübələr üçün aşkar olunmuş zərərvericilər xüsusi qablarda laboratoriyaya gətirilmişdir. Fındıq kolarında yarpaqların üzərində fındıq mənənəsinə (Myzocallis coryli) və onlarla qidalanan yeddinöqtəli parabüzənin (Coccinella septempunctata) sürfələrinə rast gəlinmişdir. Həmçinin digər entomofaq kimi bəzi hörümçək növləri də müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən fındıq zərərvericisinin entomofaqlarının üzərində işlər davam etdirilir və onlara qarşı mübarizə üsulları işlənib hazırlanır.