12 May
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işlər davam edir
126

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara göstərilən aqrotexniki qulluq tədbirləri davam etdirilir. Belə ki, Bağın mövcud yaşıllıqların qorunub saxlanması üçün  mütəmadi təmizlik və səliqə-səhman işləri aparılır, zərərvericilərə və xəstəliktörədicilərə qarşı dərmanlanır, suvarma, alaq otlarından təmizləmə və digər aqrotexniki qulluq tədbirləri həyata keçirilib.

Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir.