10 May
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir
111

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bitkilərə aqrotexniki qulluq göstərilməsi, ağacların diblərinin yumşaldılması,alaq otlarından təmizlənməsi, torpaqların münbitliyinin artırılması istiqamətində lazımi tədbirlər görülür. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və qorunması istiqamətində aparılan işlər daim diqqət mərkəzində saxlanılır