08 May
Heydər Əliyevin 100 illiyi, həmçinin Heydər Əliyev ili çərçivəsində onun əziz xatirəsinə həsr edilən tədbir keçirilib
94

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Flarmoniyasında klassik musiqi gecəsi keçirilib. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, paytaxt ictimaiyyətinin nümayəndələri, bir sıra dövlət qurumlarının rəhbərləri və eləcə də çoxsaylı qonaqlar iştirak etmişdir.