06 Feb
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir
113

Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir.  Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq təcrübə sahələrində iməclik işlərinin həyata keçirilməsi, ağac və kol bitkilərinin  diblərinin yumşaldılması, gübrələnməsi, qurumuş alaq otlarından təmizlənməsi və s. tədbirlər daxildir. Göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.