31 Jan
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
162

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı,yaşıllıqların qorunub saxlanılması işləri uğurla davam edir. Qeyd edək ki, bitkilərə qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budaqlarının budanması, suvarılması, diblərinin yumşaldılması, gübrələnməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. Göstərilən düzgün aqrotexniki qulluğun nəticəsidir ki,  ağaclarda canlanma və yaşıllaşma müşahidə olunub. Bağda ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq tədbirlər həyata keçirilir.