30 Jan
Mərkəzi Nəbatat Bağında yaz mövsümünə hazırlıq prosesi davam edir
166

Mərkəzi Nəbatat Bağında yaz mövsümü ilə əlaqədar olaraq təmizliyin lazımi səviyyədə saxlanılması, ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, qorunması və inkişafı üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Qeyd edək ki,  yaşıllıqların gündəlik suvarılması,  onlara aqrotexniki qulluq göstərilməsi, bitkilərin təbii gübrələrlə zənginləşdirilməsi, ağacların diblərinin yumşaldılması, torpaqların münbitliyinin artırılması istiqamətində lazımi tədbirlər görülür. Sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir.