26 Jan
Mərkəzi Nəbatat Bağında yaşıllıq sahələrinin qorunması daim diqqət mərkəzində saxlanılır
170

Mərkəzi Nəbatat Bağında yaz mövsümüne hazırlıq meqsedi ilə təmizlik işləri uğurla davam etdirilir. Bu tədbir çerçiversinde becərilən bitkilərin xüsusiyyetinden aslı olaraq  gübrələmə, budanma, bellənmə, xəzəl yarpaqlarından təmizlənmə işləri aparılır. Eyni zamanda, dekorativ bitkilərə həşərat və xəstəliktörədicilərdən qorunması üçün  torpaqdakı qida elementlərinin miqdarından və becərilən bitkinin xüsusiyyətindən aslı olaraq uyğun tədbirlər görülür. Sədokimilər fəsiləsinə aid olan Portağal ( lat. Citrus sinensis ) bitkisinə aqrotexniki qulluq tedbirleri görülmüşdür.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.