25 Jan
Mərkəzi Nəbatat Bağında aqrotexniki tədbirlər davam edir
128

Mərkəzi Nəbatat Bağında yaza hazırlıq prosesi çərçivəsində aparılan aqrotexniki tədbirlər sürətlə davam edir. Sözügedən tədbirlər çərçivəsində Bağda mövcud olan ağacların qurumuş budaqları budanıb, dibləri bellənib, sahə xəzəl yarpaqlarından təmizlənib və toplanmış ağaclarının yarpaqları ərazidə qazılmış xüsusi quyuda saxlanılaraq  gələcək mövsümdə təbii gübrə kimi istifadəsi nəzərdə tutulub.

  Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.