28 Nov
Mərkəzi Nəbatat Bağında bitkilərin inkişafı istiqamətində intensiv işlər aparılır
155

Mərkəzi Nəbatat Bağında “Oduncaqlı bitkilər” laboratoriyasında istixana şəraitində çoxaldılmış bitkilərin təcrübə sahələrinə köçürülməsi prosesi həyata keçirilib. Belə ki, bitkilər köçürülməmişdən əvvəl günəş istiliyi daha çox düşən təcrübə sahələri müyyənləşdirilib, torpaq səthi yumşaldılıb,alaq otlarından təmizlənib, bitkilər dibçəkdən çıxarılaraq həmin sahələrdə əkilib, suvarılıb və gübrələnib. Təcrübə sahələrinə yapon birgözü (Ligustrum japonicum),  tikanlı iydə (Elaeagnus pungens Thunb.), mərsin (Myrtus communis L), dovşanalması (Cotoneaster racemiflorus) və s. kol bitkiləri köçürülüb.

Bununla yanaşı, yapon birgözü (Ligustrum japonicum), parlaq birgözü (Ligustrum lucidum), adi görgöz (Ligustrum vulgare L.), şabalıqyarpaq palıd (Quercus castaneifolia), uzunsaplaq palıd (Quercus pubescens), nəcib dəfnə (Laurus Nobilis L.), üzümyarpaq ağəsmə (Clematis vitalba L.) və s.  bitkilərin toxumları yığılaraq tədarük edilib və yaz aylarında təcrübə sahələrində əkilməsi planlaşdırılır.