25 Nov
Mərkəzi Nəbatat Bağında abadlıq işləri müntəzəm olaraq davam etdirilir
207

Mərkəzi Nəbatat Bağınnın rəhbərliyinin nəzarəti əsasında Bağda yaşıllaşdırma və onlara qulluq işləri müntəzəm olaraq aparılır. Görülən işlər çərçivəsində  mövcud olan çoxillik güllər suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır, həmçinin insan sağlamlığı üçün zərərli olan müxtəlif polietilen tullantılarından təmizlənir. Eyni zamanda Bağın ekskursiyaya açıq sahələrində mövcud olan yaşıllıqların qorunması, əkilmiş dekorativ və meyvə ağaclarına aqrotexniki qulluğun göstərilməsi kimi tədbirlər də həyata keçirilir.

Qeyd edək ki, Bağın ərazisində ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Bağın daha da gözəlləşməsi istiqamətində görülən işlər daimi olaraq davam etdiriləcəkdir.