23 Nov
Mərkəzi Nəbatat Bağında abadlıq və yaşıllaşdırma işləri davam edir
164

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti və aqrotexniki əməkdaşlarının birgə iştirakı ilə Bağın ərazisində həyata keçirilən abadlıq tədbirləri davam edir. Sözügedən tədbirlər çərçivəsində şam ağaclarından tökülüb qalan iynəyarpaqlardan və alaq otlardan təmizlənib, ağacların qurumuş budaqları budanıb,  ağaclardan toplanmış yarpaqlar ərazidə qazılmış xüsusi quyuda saxlanılaraq gələcək mövsümdə təbii gübrə kimi istifadəsi nəzərdə tutulub.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə aparılır və bu məsələ daim diqqət mərkəzindədir.