22 Nov
Mərkəzi Nəbatat Bağının son üç illik hesabatı keçirilib
200

22 Noyabr 2022- ci il tarixində Mərkəzi Nəbatat Bağının son üç illik  elmi və elmi- təşkilati fəaliyyətinin hesabatı keçirilib.  Hesabatda Bağın rəhbərliyi, laboratoriya müdirləri və digər elmi işçilər iştirak ediblər. Laboratoriya müdirləri, məruzəçilər cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, məruzələr ətrafında yaranan suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.