17 Nov
Mərkəzi Nəbatat Bağında bitkilərə aqrotexniki qulluq tədbirləri davam etdirilir
299

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bağda həyata keçirilən abadlıq- yaşıllaşdırma və təmizlik işləri, aqrotexniki işlər bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir.  Sözügedən işlərin yüksək keyfiyyətlə həyata keçirilməsinə rəhbərlik tərəfindən daim diqqət göstərilir.