Qafarova Ofeliya Oqtay qızı

Mərkəzi Nəbatat Bağının Dekorativ bitkilərin introduksiyası və seleksiyası 

laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru

E-mail:[email protected]

Telefon: (+994 12) 502 49 03

Faks: (+994 12) 502 41 72

 

ELMİ MARAQLARI

Dekorativ qızılgüllərin introduksiyası, Mərkəzi Nəbatat bağında kolleksiya və seleksiyası istiqamətində tədqiqat işlərinin aparılması, yeni qızılgül sortlarının alınması, introduksiya və seleksiya üsulu ilə yetişdirilmiş sortların perspektivliyinin qiymətləndirilməsi, qenofondunun yaradılması. Abşeronun və Azərbaycanın digər şəhər və qəsəbələrinin yaşıllaşdırılmasında həmçinin düşmən işğalından azad olunmuş rayonlarımızın abadlaşdırılmasında dekorativ bitkilərdən istifadə olunmasını təmin etmək və s.

 

  TƏHSİL

      1993-1998 – Bakı Dövlət Universiteti, Biologiya Fakültəsi, Bakalavr

      2004-2007 - Sumqayıt Dövlət Universiteti, Biologiya Fakültəsi, Magistr

 

 

AKADEMİK MƏLUMATLAR

İxtisası: 2417.01 - Botanika

Mövzusu: “Abşeron şəraitində Floribunda qrupu qlzılgüllərinin introduksiyasi, bioloji xüsusiyyətləri və istifadə perspektivi”

 

İŞ XRONOLOGİYASI

2023-cü ildən Mərkəzi Nəbatat Bağının "Dekorativ bitkilərin introduksyası və seleksiyası" laboratoriyasının müdiri

2018- 2023 –AMEA Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasının böyük elmi işçisi.

2013-2018  - AMEA Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasının böyük elmi işçisi.

2008 –2013 AMEA Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasının kiçik elmi işçisi,

 

LAYİHƏLƏRDƏ İŞTİRAK

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/ETS-1-2020-1(35)) nəticələrinə əsasən qalib elan edilmiş “Yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında kompleks gübrənin hazırlanma texnologiyasının işlənilməsi və tətbiqi” mövzusunda layihədə icraçı

 

BEYNƏLXALQ TƏCRÜBƏ

Xarici səfərlər, treninqlər konfranslar və s.

Дендрология, Цветоводство и Садово-парковое строительство. Материалы Международной научной конференции, посвященной 200-летию Никитского Ботанического Сада, Украина, 05.06.2012-08.06.2012;

Батумский Ботанический Сад, Материалы Юбилейной международной научно-практической конференции, посвященной 100-летию Батумского Ботанического Сада, Грузия, 08.05.2013-10.05.2013;

International Caucasian Forestry Symposium, Artvin, Türkiyə,  24.10.2013-26.10.2013;

1st National Ornamental Plants Congress, Karaj, Iran, 2014;

Материалы VI Международной Научной Конференции «Ландшафтная архитектура Ботанических садах и дендропарках» Ялта, 27.05.2014-30.05.2014;

Цветоводство: история, теория, практика. Материалы VII Международной научной конференции, Беларусь, 24.05.2016-26.05.2016;

Международная научно-практическая конференция «Малораспространенные декоративные растения в ботанических садах», Россия, 03.07.2017-07.07.2017.

AMEA Mərkəzi Nəbatat Bağı ilə Qazaxıstan Respublikasının “Manqışlaq eksperimental botanika” bağı arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında 2019-cu il noyabr ayının 25-27 tarixlərində Qazaxıstanın Aktau şəhərindəki Manqışlaq Eksperimental Botanika Bağında ezamiyyə zamanı, “Bağ qızılgül sortlarının yaşıl qələmlə çoxaldılması texnologiyası” mövzusunda təlim və “Dekorativ qızılgül sort və növlərinin seleksiyası və hibridləşdirilməsi” mövzusunda seminar keşirmişdim.

 

ELMİ  NAİLİYYƏTLƏR

Azərbaycanda ilk dəfə floribunda qrupundan olan qızılgül sortlarının bioloji və dekorativ xüsusiyyətləri haqqında orijinal məlumatlar əldə edilmişdir. Biomorfoloji göstəricilər quruldu, böyümə və inkişafın mövsümi ritmləri, çiçəklənmə və meyvələr, vegetativ çoxalma və tozcuqların həyatilik müəyyən olunmuşdur. Əldə edilən məlumatlar əsasında statistik analizlər aparılmış və Abşeron yarımadasının yaşayış məntəqələrində müxtəlif yaşıllaşdırma növlərində istifadə üçün ən perspektivli qızılgül sortları müəyyən edilmişdir. Seleksiya tədqiqatları nəticəsində ilk dəfə olaraq valideyin formalarından fərglənən və qiymətli biomorfoloji və dekorativ keyfiyyətlərə malik olan yeni sortlar (Abşeron kapriççiosu, Abşeron simfoniyası, Köhnə Bakı, Qara gilə, Şergin Seheri, Ulduzlu Xəzər və s.) əldə olunmuşdur. Onlardan “Abşeron simfoniyası”, “Qara gilə” və “Şərgin səhəri” sortları patent və müəlliflik şəhadətnamələri almaq üçün Dövlət Sortsınağı Komissiyasına təqdim olunmuşdur.

 

ELMİ ƏSƏRLƏR

  1. Qafqazda Rosa myriacantha DC. növünün yayılmasına dair qeydlər / AMEA “Xəbərləri” Biol. Və Tibb elmləri 67cild,  № 2, Bakı-Elm, 2012, s.137-141
  2. Introduction and Selection of Roses on the Apsheron Peninsula the Azerbaijan Republic / International Caucasian Forestry Symposium, Artvin: 2013. P. 1040 - 1041
  3. Qızılgüllər kolleksiyasının kataloqu / AMEA Mərkəzi Nəbatat Bağının “Qızılgüllər kolleksiyasının kataloqu” (1 nəşr). Bakı: 2014, 156 s.
  4. Об интродукции и селекции роз флорибунда в условиях Абшерона / Сборник научных трудов ГНБС, Т.136, Ялта, 2014, c.157-163
  5. Qızılgül solmayaydı... / “Discovery-Azerbaijan” Elmi-kütləvi turizm jurnalı (Bakı), 2014. S.122-129
  6. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında qızılgüllərin genofondu (1970-2016) / AMEA Mərkəzi Nəbatat Bağının Elmi Əsərləri, XIV cild, 2016. s.62-71.
  7. Полуплетистые розы в коллекции Центрального Ботанического Сада для использования в озеленении на Абшероне / Труды Института Ботаники НАН Азер-на, XХХIV cild, 2016, c.109-113
  8. Результаты и перспективы селекции садовых роз в Центральном ботаническом саду НАН Азербайджана / Бюлл.Главн.ботан.сада АН им.Цицина, 3/2017. Вып. 203. С.194-198
  9. Qızılgüllər kolleksiyasının kataloqu / AMEA Mərkəzi Nəbatat Bağının “Qızılgüllər kolleksiyasının kataloqu” (2 nəşr). Bakı: 2017, 171 s.
  10. Mərkəzi Nəbatat Bağında Miniatür və Patio qrupu qızılgüllərin introduksiyası / AMEA Mərkəzi Nəbatat Bağının Elmi Əsərləri, XV cild, 2017, s.27-34. 
  11. Вегетативное размножение роз методом черенкования в центральном ботаническом саду / AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi əsərləri VII cild, № 1, 2018 г., с. 49-52
  12. Abşeron şəraitində perspektivli qızılgüllərin becərilmə təcrübələri / AMEA Mərkəzi Nəbatat Bağının əsərləri, 2019, XVII cild, s.79-85
  13. Фенология некоторых интродуцированных сортов роз садовой группы флорибунда в условиях Абшерона / Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Nəzəri Jurnalı/ Azərbaycan Aqrar Elmi. 2 (256) 2019, s.94-98
  14. Интродукция, селекция и биологические особенности роз группы флорибунда на Абшероне / Баку- Элм, 2020, 192 с.
  15. Исследование развития почек некоторых сортов роз из группы флорибунда в условиях Апшерона / Плодоводство и ягодоводство России. М., 2020, Т.63, с.128-136

 

 

DİGƏR MƏLUMATLAR

 

Üzvlük:              Azərbaycan Botaniklər cəmiyyətinin üzvü