24 Aug
Mərkəzi Nəbatat Bağında aqrotexniki qulluq işləri davam edir
269

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq yaşıllıqların gündəlik suvarılması, onlara qulluq edilməsi, çoxillik bitkilərə  təbii gübrələrin verilməsi, Bağ ərazisinin quru ot və alaqlardan, ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif növ tullantılardan təmizlənilməsi prosesləri həyata keçirilir.

Mərkəzi Nəbatat Bağında həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri, aqrotexniki işlər bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir.  Sözügedən işlərin yüksək keyfiyyətlə həyata keçirilməsinə rəhbərlik tərəfindən daim diqqət göstərilir.